AiD - Karusel lyrics
(verse: AiD)
 Mənim sevgilim, sən hamıdan gözəlsən
 Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini
 Səhifələr tükəndikcə sanki bitir hər şey
 Mən kitab olsaydım, adım olardı sənin səhvin
 Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan
 Mən mahnı olsaydım, susub səni dinləyərdim
 Əzab ver, qorxma, sevgidən ölmür heç kim
 Mən ürək olsaydım, səni çöldən bağlayardım
 Mənim sevgilim, sən hamıdan gözəlsən
 Sənə mən gül verdim, sənsə sevdin tikanların
 Uçmaq istəsən, göyə çıxmaq lazım deyil
 Qəlbim sənin səman, sevgimsə qanadların
 Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır
 Mən dünya olsaydım, fırlanardım başqa səmtə
 Sənin əksini sevdim, ürəyini tapa bilmədim
 Ürəyin olsaydım, yəqin, gizlənərdim mən də
 Dairəni sevmirəm, çünki, küncə qısılmaq olmur
 Küsəndə külək kimisən, sənə toxunmaq olmur
 Sən hər dəfə əsdikcə yanaqdan axır sel
 Dünya fırlandıqca fırlanır bizim karusel (Nəqarət: Miri Yusif)
 Üzündəki xal - ürəyimdədi xal
 Gündüzlər getmə, getAiD - Karusel - http://motolyrics.com/aid/karusel-lyrics.html
 Gecələr qalma, qal
 Yadına bir də sal
 Marsel, fırlanır karusel (verse: AiD)
 Mənim sevgilim, sən hamıdan gözəlsən
 Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım
 Cənnətdə görüşməkçün gərək əbədi sevəsən
 Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım
 Dünyanı gözəl göstərməkçün hərdən uydurursan
 Mən yalan olmuşdum, səni onda mələk etmişdim
 Sənə tərəf hər addım atdıqca təzyiq azalır
 İtmiş şəhər olsaydın, ora çoxdan getmişdim
 Sevməkçün hər şey var, bu dünya əliaçıqdır
 Qaça bilmədiyin dərddən zövq al, ya da barış
 Xəstəlik olsaydım, olardım yaddaşsızlıq
 Ki, unudaq olanları, yenidən olaq tanış
 Mənim sevgilim, sən bu gün çox gözəlsən
 Mən həyat olsaydım, bu qədər şirin olmazdım
 Sənin eşitməyinçün demirəm mən bu sözləri
 Mən sevgi olsaydım, sözlərdən yığılmazdım
 Yuxuna gəlsəm də, tez oyadacam ki, tez gedim
 Qoy mən damcı gözündən axandan daha tez gedim
 Sən ağladıqca həyat yollarımdan axır sel
 Dünya fırlandıqca fırlaır bizim karusel (Nəqarət: Miri Yusif)













